Biz kimik

Home / Biz kimik

“ART-PROJE” Məhdud Məsuliyyəti Cəmiyyəti təsis edildiyi -2001-ci ildən etibarən Azərbaycanda həyata keçirdiyi müasir standartlara cavab verən layihələri ilə öz sözünü demiş inşaat, layihələndirmə və təchizat şirkətinə çevrilmişdir.

Azərbaycanda fəaliyyət göstərən çox sahəli şirkətlərdən biri olaraq, " ART-PROJE " MMC ölkənin çox sürətli inkişafına öz töhvəsini verərək iqtisadiyyatın müxtəlif sahələrində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bu gün, Azərbaycanın nəhəng inşaat meydançasını xatırlatdığı bir dövrdə, çox sahəli ixtisaslaşdırmaya malik olan " ART-PROJE " MMC ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən şirkətlərdən biridir. Təhlükəsizlik, keyfiyyət və müştəri məmnuniyyəti fəaliyyətimizin əsasını təşkil edir.

" ART-PROJE " MMC hazırda dövlət qurumları, neft-qaz sənayesi, inşaat kimi əsas aparıcı sahələrdə 150-dən çox aktiv korporativ müştəriyə məxsus mötəbər layihələrin əsas tədarük strategiyalarında başlıca dəstəkçidir.

 Layihələndirmədən istismara qədər bütün mərhələləri özümüz həyata keçiririk. İxtisaslaşdığımız sahələrə Layihələndirmə, əsaslı tikinti, təmir və təchizat daxildir. Üstünlüklərimiz: ISO sertifikatları və yüksək keyfiyyət standartları. Şirkətimizə dövlət və özəl sektorun aparıcı qurumları etibar edir. Biz bütün Azərbaycan üzrə fəaliyyət göstəririk, o cümlədən azad edilmiş və strateji ərazilərdə.

Şirkətimizin müştəriləri dövlət qurumları yerli və xarici şirkətlərdir.



Missiyamız
    Ən böyük missiyamız ölkə daxilində və xaricində bitirdiyimiz və davam edən layihələrin yüksək keyfiyyətlə icra olunmasını təmin etməkdir.

Vizyonumuz
Ən müasir tikinti standartlarına uyğun olaraq, müştərilərimizin tələblərinə cavab verən innovativ və dayanıqlı layihələr yaratmaq. Biz, davamlı inkişafı və mükəmməl xidmət anlayışını ön planda tutaraq, həm yerli, həm də beynəlxalq bazarlarda lider olmağı hədəfləyirik.
About

Icon
Yüksək Keyfiyyətli Tikinti

ART PROJE — peşəkar memarlıq və interyer təcrübəsi ilə layihəniz üçün keyfiyyətli və davamlı tikinti həlləri təqdim edir.

Icon
Təcrübəli Memar

Layihəniz üçün təcrübəli memarlar və interyer dizayn həlləri ilə funksional, estetik və müasir məkanlar yaradırıq.

Icon
Müasir Konsept

ART PROJE ilə layihəniz üçün funksional, estetik, davamlı və innovativ müasir məkanlar yaradın, ideyalarınızı gerçəkləşdirin.

Icon
Unikal Həll

ART PROJE olaraq biz hər layihəyə fərdi yanaşır və unikal memarlıq və dizayn həlləri təqdim edirik. Məqsədimiz – müştərilərimizə funksional, estetik və innovativ məkanlar yaratmaqdır.